Rixard Raşin Zəfər parkında - FOTO

12:23 13.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Zəfər parkını ziyarət edib.

Hafta.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Slovakiya Milli Şurasının sədri Zəfər parkında - FOTOLARSlovakiya Milli Şurasının sədri Zəfər parkında - FOTOLARSlovakiya Milli Şurasının sədri Zəfər parkında - FOTOLARSlovakiya Milli Şurasının sədri Zəfər parkında - FOTOLARSlovakiya Milli Şurasının sədri Zəfər parkında - FOTOLARSlovakiya Milli Şurasının sədri Zəfər parkında - FOTOLAR